Xəbər verdiyimiz kimi, Ağstafa şəhəri, Heydər Əliyev prospekti 53 ünvanında Birinci Qarabağ müharibəsi veteranı Elşən Musayevə məxsus torpaq sahəsi rayon bələdiyyəsi tərəfindən Məlahət Musayevaya, o da Mircəlal Mahmudova adlı şəxsə satıb. Mircəlal Mahmudovun oğlu, iş adamı Sahib Mahmudov isə ərazidə başladığı tikintini başa çatdırmaq üzrədir. Bu zəncirvari satış, hüquqi baxımdan açıq suallar doğurur: Bələdiyyə bu satışa hansı əsasla razılıq verib? Torpağın real sahibi ilə razılaşdırılmadan həyata keçirilən bu proses hansı qanuna söykənir?
Birinci Qarabağ müharibəsi veteranı Elşən Musayev bildirib ki, ərazi ilə bağlı məhkəmə prosesinin getməsinə baxmayaraq Sahib Mahmudov heç kimə məhəl qoymur: “İş dayanmadan davam edir. Əlbəttə ki, mən də mülkümün geri alınması üçün bütün hüquqi addımları atıram. Mircəlal Mahmudova qarşı iddiama noyabrın 4-də Ağstafa rayon Məhkəməsində, Bələdiyyəyə qarşı iddiama isə noyabrın 28-də Gəncə Məhkəməsində baxılacaq. Bələdiyyə sədrinin mənə qarşi iddiasına isə oktyabrın 28-də Binəqədi rayon Məhkəməsində baxacaqlar”.

Şikayətçi qeyd edib ki, qarşı tərəfin əlində hara aid oldugü bilinməyən saxta çıxarışdan başqa heç bir sənəd yoxdur:“Nə vəkil, nə də mən elə bir sənədlə rastlaşmamışıq. Nə bir plan, nə tikintiyə icazə haqqında o yerə işarə edən bir kağız parçası belə yoxdur. Sadəcə kimlərinsə himayəsilə tikib məni fakt qarşısında qoymağa çalışırlar. Mən isə Prezidentin ədalətinə inanram. Ağstafada tapdalanan hüququmun gec-tez bərpa olunacağına ümid edirəm. Bunlar açıq-aşkar qanunsuzluq edərək mənə məxsus torpağ üzərində hüququmu məndən xəbərsiz ləğv ediblər. Hansı ki, həmin torpağın vergisini belə bələdiyyəyə illərlə mən ödəmişəm”.
Belə bir fonda Elşən Musayevin “Prezidentin ədalətinə inanıram” deməsi həm ümidin, həm də çarəsizliyin səsidir. Ümid var ki, bu səs sadəcə kağız üzərindəki qərarlarda yox, real torpağın üstündə də eşidiləcək, cünki hüququ tapdalanan bir veteranın ədalət axtarışı dövlətin sınağına çevrilib.

Göründüyü kimi burada ikinci diqqətçəkən məqam qarşı tərəfin “sənədləri” ilə bağlıdır. E.Musayevin iddiasına görə, onların əlində haradan və kimdən alındığı bəlli olmayan çıxarışdan başqa heç nə yoxdur. Nə plan, nə tikintiyə icazə, nə də əraziyə aid rəsmi təsdiqlənmiş sənəd mövcuddur. Əgər bu doğrudursa, məsələ təkcə bələdiyyə sədrinin məsuliyyəti ilə bitmir, burada daha geniş miqyaslı korrupsiya zəncirinin izi görünür.
Xatırladaq ki, Ağstafa rayon Məhkəməsində hakim Heyran Mürsəlovanın sədrliyi ilə 03.02.2025-ci il tarixdə keçirilən prosesdə Ağstafa şəhər Bələdiyyəsi ilə Musayeva Məlahət Məmməd qızı arasında Ağstafa rayon Notariat Ofisində bağlanılmış 01.09.2023-cü il tarixli, AN-I 1183288 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilib. Eyni qərarla ləğv olunmuş sənəd əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Musayeva Məlahət Məmməd qızının adına olan 13.10.2023-cü il tarixli 2623019980 qeydiyyat nömrəli çıxarış da ləğv edilib.
Lakin bu qərarların icrası yenə də “apelyasiya bəhanəsi” ilə yubadılır. Yəni, qanunun özü var, amma onu işlədən mexanizm ya qəsdən yubadılır, ya da kimlərinsə təsiri altındadır. Bununla daMircəlal Mahmudovun oğlu - iş adamı Sahib Mahmudov həmin ərazidə tikinti aparır və heç bir orqanın qərarını gözləmədən “işi bitirməyə” çalışır. Bu, təkcə hüquqa deyil, cəmiyyətin ədalət duyğusuna da açıq hörmətsizlikdir. Məhkəmə qərarı gözlənilmədən torpaqda tikinti aparmaq, vətəndaşın hüququnu fakt qarşısında qoymaq cəhdidir.
Bu hadisə həm də bir rəmzi məna daşıyır. Qarabağ müharibəsində döyüşüb torpaq uğrunda can qoyan bir veteran indi öz torpağını “kağız üzərində” geri almağa çalışır. Bu, təkcə Elşən Musayevin deyil, ədalətə inanan hər kəsin sınağıdır. Dövlətin və ədliyyə sisteminin bu işdəki rolu, məhz həmin inamın qorunub-qorunmamasını müəyyən edəcək.
N.Oruclu
XəzərNews.az
Xəbər 24 dəfə oxunub.