“BOLMART” mağazalar şəbəkəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirildiyi bildirilir.
Musavat.com teleqram kanallarında yayılan məlumatlara istinadən bildirir ki, əməliyyatın səbəbi şəbəkənin həbs edilən Adnan Əhmədzadə ilə birbaşa əlaqəsinin olması ehtimalıdır.
Hazırda əməliyyatın detalları açıqlanmır. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən təsdiq və ya təkzibedici məlumat verilməyib.
Məlumatı "BarometrTV" teleqram kanalı yayıb.