AZ

“Azəristiliktəchizat”-a debitor borclar artıb

Hesablama Palatası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə dövlət vəsaitlərinin və digər əmlakının idarə olunmasına dair uyğunluq auditi aparıb.

Teleqraf xəbər verir ki, palatanın sənədində debitor borclarının məbləğinin artdığı əksini tapıb. Debitor borc 01.01.2023-cü il tarixinə 20758,9 min manat, 01.01.2025-ci il tarixinə 24749,4 min manat, 01.04.2025-ci il tarixinə isə 34532,6 min manat təşkil edib.

Eyni zamanda auditlə əhatə olunan dövrdə satışdan gəlirlərin yığım səviyyəsinin hesabat illərinin əvvəlinə olan borclar nəzərə alınmadan ümumilikdə 86-90% (o cümlədən, əhali istehlakçı qrupu üzrə 71-78%) intervalında olsa da hesabat illərinin əvvəlinə olan bütün borclar nəzərə alınmaqla ümumilikdə 40-45% (o cümlədən, əhali istehlakçı qrupu üzrə 20-25%) intervalında dəyişib.

Seçilən
30
teleqraf.com

1Mənbələr