AZ

Bu halda bankda zamin duran şəxsin öhdəliyi ləğv edilir – MÜHÜM AÇIQLAMA

Bank və kredit münasibətlərində zaminlik mexanizmi tez-tez mübahisələrə səbəb olur. Xüsusən də kredit müqaviləsində borcun miqdarı artdıqda zaminin məsuliyyətinin davam edib-etməməsi sual doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, əgər zamin bu artıma razılıq verməyibsə, qanuna görə onun məsuliyyəti avtomatik olaraq qüvvədən düşür:

Əkrəm

“Mülki Məcəllənin 477-ci maddəsinə əsasən, borc öhdəliyi – yəni borc müqaviləsi əsas öhdəlikdir. Zaminlik müqaviləsi isə ondan asılı olan əlavə öhdəlik sayılır. Əgər əsas öhdəlikdə zaminin vəziyyətini pisləşdirən dəyişiklik edilərsə, bu zaman onun razılığı olmadan zaminlik müqaviləsinə avtomatik xitam verilir. Bu dəyişikliklərə borc məbləğinin artırılması və ya kreditin müddətinin uzadılması da daxildir.”

Ekspertin sözlərinə görə, bu hüquqi norma zaminin maraqlarını qorumağa yönəlib və banklar kredit şərtlərini dəyişərkən zaminin yazılı razılığını almaq məcburiyyətindədir.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
30
2
konkret.az

3Mənbələr