BAKI, 27 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Yaponiya imperatoru Naruhito ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.
Görüş Tokionun mərkəzində imperator sarayında keçirilib.
Qeyd edək ki, Donald Tramp Yaponiyada rəsmi səfərdədir.