AZ

Yasamalda zəncirvari qəza: “BMW” avtomobilləri əzdi – VİDEO

Paytaxtın Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

“BMW” markalı avtomobil digər iki avtomobillə toqquşub və zəncirvari qəza baş verib.

İlkin məlumata görə, qəzaya səbəb “BMW” markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi olub.

Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Videonu təqdim edirik:

Seçilən
9
nocomment.az

1Mənbələr