AZ

Şamaxı nın qolkiperi: Həmin dönəmlərdə yaxşı deyildik

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Liderdən bir xal aldıq". Sport24.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın qapıçısı RikardoFernandes deyib.Portuqaliyalı qolkiper "Qarabağ"la qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının IX turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: "İki həftədən sonra fərqli çıxış etməliydik. Həmin dönəmlərdə yaxşı deyildik. Çox təvazökar komandamız var. Böyük ailəyik. Pis günlərimiz də olur. Amma "Qarabağ"la matçda fərqli oyun sərgiləyə bildik. Bu, əsas məqsədimiz idi"O, Misli Premyer Liqasını ötən mövsümlə müqayisə edib: "Fərq var. Çünki indi daha çox komanda var. Rəqabət də daha çətindir, çünki daha çox komanda avrokubok uğrunda və liqada qalmaq uğrunda mübarizə aparır. Məncə, komandaların sayının artırılması yaxşı qərardır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
sport24.az

1Mənbələr