AZ

COP29 Azərbaycan Əməliyyat Şirkətinin fəaliyyətinə dair aparılmış audit nəticəsində müsbət rəy verilib

Bakı.Trend:

Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üzrə İşPlanına əsasən, COP29 beynəlxalq tədbirinin hazırlıq və keçirilməmərhələlərində gəlir və xərclərin auditi aparılıb. Auditnəticəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindənhazırlanmış maliyyə hesabatlarına müsbət rəy verilib.

Audit INTOSAI-ın Peşəkar Bəyanatlar Çərçivəsinin (IFPP)beynəlxalq prinsiplərinə uyğun metodologiya ilə həyata keçirilib.Audit INTOSAI-ın Peşəkar Bəyanatlar Çərçivəsinin (IFPP) beynəlxalqprinsiplərinə uyğun metodologiya ilə həyata keçirilib. Yoxlamaprosesi maliyyə sənədlərinin təhlilini, gəlir və xərclər üzrəhesabatların dəqiqliyinin təsdiqini, hüquqi çərçivəyə riayətolunmasının qiymətləndirilməsini və daxili nəzarət sistemininsəmərəliliyinin müəyyənləşdirilməsini əhatə edib.

Tədbir üzrə daxilolmaların 92,5%-i dövlət büdcəsindən, 7,5%-iisə digər mənbələrdən təmin edilib. Vəsait COP29 AzərbaycanƏməliyyat Şirkətinin əməliyyat, tikinti, xidmət, nəqliyyat,avadanlıq, marketinq və digər zəruri xərclərinin, həmçininbeynəlxalq öhdəliklər üzrə ödənişlərin qarşılanmasına yönəldilib.Əməliyyat xərclərinin əsas hissəsi konfrans məkanları (65,4%) vəməzmunun hazırlanması ilə bağlı istiqamətlərə (10,2%) sərf olunub.Tədbirdən sonra əldə edilmiş uzunmüddətli aktivlər (nəqliyyatvasitələri və avadanlıqlar) müvafiq qaydada dövlət qurumlarınınistifadəsinə təhvil verilib.

Hazırlıq və icra mərhələsində xidmət müqavilələri üzrə tərəfmüqabilləri əsasən Türkiyə, Almaniya, İsrail, ABŞ və Birləşmiş ƏrəbƏmirliklərində fəaliyyət göstərən qeyri-rezident şirkətlərolub.

Audit hesabatında maliyyə idarəçiliyinin müsbət tərəfləri iləyanaşı, təkmilləşdirilməyə ehtiyac olan məqamlar da qeyd olunub.Satınalma qanunvericiliyinin pozulması ilə bağlı əhəmiyyətli hallaraşkar edilməyib.

Tədbir çərçivəsində əldə edilən aktivlər və yaranmış öhdəliklərinventarizasiya edilib, uzunmüddətli aktivlərin təkrar istifadəyəyararlılığı qiymətləndirilib, təhvil-təslim sənədlərinin dolğunluğuyoxlanılıb və kontragentlərlə məlumatların üzləşdirilməsininvacibliyi müəyyən edilib.

Auditin müsbət nəticəsi onu göstərir ki, COP29-un təşkilindəşəffaflıq, hesabatlılıq və səmərəli maliyyə idarəçiliyiprinsiplərinə riayət edilib.

Seçilən
50
5
az.trend.az

6Mənbələr