BAKI, 27 oktyabr. TELEQRAF
2025-ci ilin avqustunda Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi “SOCAR Enerji Ticaret Anonim Şirketi” ölkədə istehlakçılara ən çox qaz satan şirkət olub.
Teleqraf Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatına istinadən xəbər verir ki, şirkət ümumilikdə 79,21 milyon kub metr qaz satıb. Müəssisə ölkə üzrə ümumi satışda 55,67% yer tutub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə “SOCAR Enerji Ticaret”in qaz satışı 0,67% artıb.
Türkiyənin "İpragaz Anonim Şirketi"isə hesabat dövründə 13,14 milyon kub metr qaz satıb, ümumi idxalda payı isə 9,06% təşkil edib.