AZ

Türkmənistan və Özbəkistan enerji sahəsində saziş imzaladı

BAKI, 27 oktyabr. TELEQRAF

Türkmənistan regionun enerji bazarında öz mövqeyini fəal şəkildə inkişaf etdirməkdə davam edir.

Türkmənistan və Özbəkistan arasında ixrac müqaviləsi imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistanın Beynəlxalq Enerji İnformasiya Mərkəzi məlumat yayıb.

308 min dollar dəyərində olan müqaviləyə əsasən, Özbəkistan Türkmənkimya Dövlət Konsernindən mayeləşdirilmiş qaz (LPG) alacaq.

Qeyd edilib ki, Türkmənistan Özbəkistan və digər Mərkəzi Asiya dövlətləri ilə enerji əməkdaşlığını gücləndirir və yüksək keyfiyyətli məhsulların sabit tədarükünü həyata keçirir. Bu müqavilə həm də Türkmənistanın regionun karbohidrogen bazarında əsas oyunçu kimi strateji rolunu nümayiş etdirir.

Seçilən
28
teleqraf.com

1Mənbələr