AZ

3 gün əvvəl işdən çıxarılan general Saleh Səmədova medal veribmiş - FOTO

3 gün əvvəl işdən çıxarılan general Saleh Səmədova medal veribmiş - FOTO

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilən general-mayor İlqar Abbasovla bağlı maraqlı fakt üzə çıxıb.

Qafqazinfo xəbər verir ki, 2022-ci ilin iyulunda sözügedən vəzifəyə təyin olunmuş İ.Abbasovun İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədova medal təqdim etdiyi məlum olub.

Belə ki, İ.Abbasov 2023-cü ildə baş tutan görüşdə S.Səmədova qurumun yaradılmasının 30 illiyinə həsr edilmiş medalı və medalın sənədini təqdim edib.

İlqar Abbasovla Saleh Səmədovun yaxınlığı medalla yekunlaşmır. Bir müddət əvvəl S.Səmədovun oğullarından biri də bu qurumda məsul vəzifəyə təyin edilibmiş.

Qeyd edək ki, ötən həftə rəis vəzifəsindən kənarlaşdırılan İlqar Abbasov əvvəllər Bakı şəhərinin prokuroru olub. S.Səmədov isə 9 Mayda keçirilən tədbirdə rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etdiyi üçün Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb və 5 ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib. Onun oğulları da tutduqları vəzifələrdən kənarlaşdırılıblar.

Seçilən
7
11
afn.az

10Mənbələr