Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Fransanın sol yönümlü siyasətçisi Louis Boyard verdiyi müsahibədən əvvəl təxminən 50 min dollar (təqribən 2 milyon manat) dəyərində olan qol saatını çıxararaq cibinə qoyub.
Müsahibəsində “ultra lüks həyat tərzini” tənqid edən siyasətçinin bu hərəkəti sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər onun davranışını “ikiüzlülüyün ən gözəl nümunəsi” adlandırıblar.
Hadisə ilə bağlı açıqlama verən Boyard iddiaları təkzib edib və yayılan görüntülərin dezinformasiya kampaniyasının bir hissəsi olduğunu bildirib.
Siyasətçi sosial şəbəkə “X” platformasında paylaşdığı açıqlamada bunları deyib:“Sizi məyus etdiyim üçün üzr istəyirəm, amma mənim Rolex saatım yoxdur. Saatımın dəyəri cəmi 295 avrodur. Onu dostlarım mənə 25 illik ad günü hədiyyəsi kimi alıblar, onlara təşəkkür edirəm".
Boyard əlavə edib ki, həmin saatı çox vaxt taxır, lakin bəzi çıxışlarında əlini masaya vurduğu üçün müsahibələrdən əvvəl onu çıxarmağa vərdiş edib.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.