ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Yasamal rayonunda sürücü avtomobilinə qarşı xoşagəlməz hərəkətlə üzləşib.
Avtosfer.az xəbər verir ki, hadisə “Sovetski” adlanan ərazidə baş verib.
Sürücü şikayətində bildirib ki, Süleyman Tağızadə küçəsində avtomobilini parkinq edərək ərazidən uzaqlaşıb. Daha sonra o, avtomobilə qurlaşdırılmış videoqeydiyyat vasitəsilə görüntüləri izlədikdə, maşının qarşısında dayanan 50-EZ-465 dövlət qeydiyyat nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişininin maşına toxunduğunu görüb.
Kadrlarda həmin şəxslərin avtomobilin ön hissələrinə baxaraq onu qurdalayıb, hətta şəxslərdən biri ayağını digər avtomobilin buferinə qoyduğu əks olunub.
Avtomobil sahibi bildirib ki, bu davranış onun qəzəbinə səbəb olub:
“Bu insanlar kimə güvənərək başqasının əmlakına toxunur, hətta ayağını maşının üstünə qoyur? Belə halların qarşısı alınmalı, məsuliyyət tətbiq olunmalıdır ki, bu cür hörmətsiz hərəkətlər təkrarlanmasın”.
Fidan
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.