AZ

Daşkəsəndə şagirdlər arasında “Şanlı Zəfər tariximiz” mövzusunda müsabiqə keçirilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Daşkəsən, 27 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Daşkəsəndə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Şanlı Zəfər tariximiz” mövzusunda inşa müsabiqəsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon icra hakimiyyətinin və Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan müsabiqədə rayonun bütün ümumtəhsil məktəblərindən şagirdlər iştirak ediblər. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən müsabiqənin məqsədi Zəfər Gününün, Konstitusiya və suverenliyimizin tarixi əhəmiyyətinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və şagirdlərin yaradıcılıq bacarıqlarını inkişaf etdirmək olub. Münsiflər heyətinə təqdim olunan inşa yazıları şagirdlərin yaradıcılıq, mövzuya yanaşma tərzi, düşüncələrini dolğun şəkildə ifadə etmə bacarıqları əsas götürülərək qiymətləndirilib. Müsabiqədə fərqlənən qalib gələn şagirdlər mükafatlandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
azertag.az

1Mənbələr