AZ

İrəvandan sərhəd açıqlaması: Bu məsələ artıq bağlanıb

BAKI, 27 oktyabr. TELEQRAF

“Xatırlayırsınızsa, sərhəd məsələləri üzrə komissiyalar arasında nizamnamə imzalanmış və daha sonra parlament tərəfindən təsdiqlənmişdi. Həmin sənəddə belə bir müddəa var idi ki, tərəflər sərhədlərin müəyyənləşdirilməsini Almatı Bəyannaməsini əsas götürərək davam etdirəcəklər, əgər sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilədə tərəflər başqa cür razılığa gəlməsələr”.​

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Yadınızdadır, deyirdilər ki, bu sənəddə yazılanlar yalnız “Almatı illüziyasıdır” və sülh sazişində tam fərqli bəndlər olacaq. Artıq bu gün sülh sazişində sərhədlərin delimitasiya və demarkasiyasının təsdiqlənmiş nizamnaməyə əsasən davam etdiriləcəyi aydın şəkildə təsbit olunub. Mahiyyət etibarilə bu məsələni bağlanmış hesab edə bilərik”, - o qeyd edib.

Seçilən
47
teleqraf.com

1Mənbələr