AZ

Pakistan-İran danışıqları aparılacaq

Hurriyyet.az xəbər verir ki, Pakistan ilə İran təhlükəsizlik və əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər.

"Mehr" agentliyinin məlumatına görə, bu barədə Pakistanın Tehrandakı səfiri Məhəmməd Müdəssir Tipu məlumat verib. Onun sözlərinə görə, sabah Pakistanın daxili işlər naziri Möhsün Nakvi İrana səfər edəcək.

O qeyd edub ki, səfərdə məqsəd iki qonşu ölkə arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsidir. Danışıqların gedişində tərəflərin sərhədə təhlükəsizlik məsələlərini həll etmələri gözlənilir. 

Danışıqların gedişində tərəflərin sərhəddəki təhlükəsizlik məsələlərini, terrorizmlə mübarizə üzrə birgə tədbirləri və regional inkişaf perspektivlərini də müzakirə edəcəyi gözlənilir.

Hürr Tərcüman

 

Seçilən
20
hurriyyet.az

1Mənbələr