AZ

Makronun xalq qorxusu: Etirazları yatırmaq üçün görün hansı silahları alır

Kütləvi etirazların yeni dalğasından qorxan Fransa hakimiyyəti nümayişləri dağıtmaq üçün minlərlə qumbaraatan alır.

Publika.az bu barədə "Russian.rt.com"a istinadən xəbər verir.

Bildirilir ki, təhlükəsizlik qüvvələri və həbsxana rəhbərliyi üçün 5200 silaha 21,8 milyon avro xərclənəcək. Satınalmaya təkcə 40 mm qumbaraatanlar deyil, nişangahlar, sapanlar və patron kəmərləri də daxildir.

Ekspertlər görünməmiş tədbirləri ölkədəki dərin siyasi və iqtisadi böhranla əlaqələndirirlər. Bildirilir ki, prezident Makronun siyasətindən ictimaiyyətin narazılığı kritik həddə çatıb və onun reytinqi 15%-dən aşağı düşüb.

"Fransızlar bütün bu siyasəti, hamının bezdiyi bu makroizmi tamamilə dəyişmək istəyirlər və onlar 2027-ci ilin gəlməsini gözləyirlər ki, nəhayət Makron siyasi arenanı tərk edəcək", - deyə Fransa üzrə siyasi ekspert Serqey Fyodorov deyib.

Seçilən
35
publika.az

1Mənbələr