AZ

Çin 2027-ci ilə “süni günəş” işə salacaq

AzVision.az Rusiyanın “TASS” agentliyinə xəbər verir ki, Çinin Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mao Nin “X” sosial şəbəkəsində belə paylaşım edib.

“Yanan plazma ilə eksperimental superkeçirici tokamakın tamamlanması 2027-ci ilə planlaşdırılır. Obyekt dünyada termonüvə sintezindən istifadə yolu ilə enerjisi istehsal edə bilən ilk qurğu ola bilər”,- çinli məmur vurğulayıb.

Çin Elmlər Akademiyasının Plazma Fizikası İnstitutu tərəfindən işlənib-hazırlanan layihə ölkənin şərqindəki Anhoy əyalətinin paytaxtı Hefey şəhərində yerləşir.

Yığcam termonüvə cihazı nəhəng yüksək vakuumlu termos funksiyasını yerinə yetirən “Dyuar” kolbasına əsaslanır. Cihazın çəkisi 400 tondan çox, diametri 18 metr, hündürlüyü isə 5 metrdir. Qurğu mənfi 269 dərəcə Selsi temperaturunda deyterium və tritiumun yanan plazmasını saxlayan superkeçirici maqnitlərlə təchiz olunub.

Maraqlıdır ki, Çində bir neçə layihə qeyri-rəsmi olaraq “süni günəş” adlanır. Bu, əvvəllər Eksperimental Qabaqcıl Superkeçirici Tokamaka (EAST) verilən ad idi. 2025-ci ilin əvvəlində, son təcrübə zamanı EAST yüksək temperaturlu plazmanın 1066 saniyə ərzində fasiləsiz işləməsini təmin etməklə, belə bir cihazın ən uzun işləmə müddətinə görə dünya rekordu vurub.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
20
1
azvision.az

2Mənbələr