Abşeron rayonunda faciəvi hadisə baş verib.
İlkin məlumatlara görə, 1959-cu il təvəllüdlü Allahverdiyeva Şəfiqə Rüstəm qızı yaşadığı fərdi evdə yıxılaraq başını vurub. Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ölümün dəqiq səbəbləri ekspertiza nəticəsində müəyyənləşdiriləcək.