AZ

Əfqanıstan və Pakistan İstanbulda razılığa gəldi

Əfqanıstan mediası Pakistanla sərhəd toqquşmalarından sonra elan edilən atəşkəsin detalları üzərində işləmək üçün İstanbula gələn nümayəndə heyətlərinin bir çox məsələdə razılığa gəldiyini və digər mövzular üzrə danışıqların davam edəcəyini bildirib.

"Cebheinfo.az" “TOLO News”a istinadən xəbər verir ki, İstanbulda keçirilən görüşdə Əfqanıstan və Pakistan nümayəndələrinin bir sıra məsələlərdə razılığa gəldiyini, digər mövzuların isə günün sonunadək elan olacağı gözlənilir.

Görüşdən sonunda tərəflərin birgə bəyanat yayacağı vurğulanır. Bəyanatda atəşkəsin uzadılması, iki ölkə arasında yolların yenidən açılması, əsirlərin azad edilməsi, növbəti görüşün yeri və vaxtı kimi mövzuların yer alacağı gözlənilir.

Seçilən
28
cebheinfo.az

1Mənbələr