AZ

Tramp: Biz Putinlə oyun oynamırıq, raket sınaq keçirməkdənsə...

Putin nümayişkəranə şəkildə raketləri sınaqdan keçirmək əvəzinə Ukraynaya qarşı başladığı müharibəyə son qoymalıdır.

 Ölkə.az xəbər verir ki, bunu Donalt Tramp Putinin Rusiyanın “Burevestnik” nüvə raketinin sınaqdan keçirilməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

O, həmçinin qeyd edib ki, ABŞ-ın da Rusiya yaxınlığında yerləşən nüvə silahı var.
"Onlar bilirlər ki, bizim ən yaxşı nüvə sualtı qayığımız onların sahillərindədir. Yəni o, 8000 mil (demək olar ki, 13 min km) uçmaq məcburiyyətində deyil. Onlar bizimlə oyun oynamırlar. Biz də onlarla oyun oynamırıq", - o deyib.

Tramp əlavə edib ki, Putin qitələrarası nüvə raketlərini sınaqdan keçirməkdənsə, Ukraynada 4 ildir davam edən müharibəyə son qoymağa diqqət yetirməlidir.

"Düşünürəm ki, Putin bu barədə danışmamalıdır. O, müharibəyə son qoymalıdır. Bir həftə davam etməli olan müharibə artıq dördüncü ilinə girmək üzrədir. O, raketləri sınaqdan keçirməməli, bunu etməlidir", - Tramp vurğulayıb. 

Mürtəza

Seçilən
58
1
olke.az

2Mənbələr