BAKI, 27 oktyabr. TELEQRAF
“Yolun Yerasx (Arazdəyən) –Sədərək hissəsi də açılmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Bu, regionda infrastrukturun açılmasının üzvi davamı və ya başlanğıcı olmalıdır. Elə bir məntiq yoxdur ki, Ermənistanın cənubundan keçən dəmir yolu işləsin, amma Naxçıvan ərazisindən keçən dəmir yolu işləməsin”, - o bildirib.
Mirzoyanın sözlərinə görə, əgər həmin hissə açılmasa, kommunikasiyanın açılması mənasız olacaq və işləməyəcək:
“Gözlənilən budur ki, bu proses eyni vaxtda və paralel şəkildə həyata keçirilsin”.