AZ

Rubio: ABŞ İMQ Qəzzadakı yaraqlılara hücumunu atəşkəs pozuntusu hesab etmir

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Dövlət Katibi Marko Rubio bildirib ki, ABŞ İsrailin Qəzzadakı Fələstin qrupunun üzvünə hücumunu atəşkəs pozuntusu hesab etmir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.

İsrailin məlumatına görə, İsrail Müdafiə Qüvvələri (İMQ) şənbə günü İslam Cihad qrupunun üzvünə qarşı hədəfli hücum həyata keçirib və onu İsrail qoşunlarına hücum hazırlamaqda ittiham edib.

Qrup özü ittihamları rədd edərək heç bir hücum planlaşdırılmadığını bildirib. "Biz bunu atəşkəs pozuntusu hesab etmirik", - deyə Rubio təyyarənin göyərtəsində bildirib.

O, İsrailin hətta atəşkəs dövründə də özünümüdafiə hüququnu saxladığını vurğulayıb: "İsrailə qarşı təcili təhlükə yaranarsa və bütün vasitəçilər buna razı olarsa, onların bu hüququ var", - deyib.

O, həmçinin qeyd edib ki, atəşkəs tərəflərin qarşılıqlı öhdəliklərinə əsaslanır. Həmas həlak olan girovların qalıqlarının qaytarılması prosesini sürətləndirməlidir, - deyə Rubio bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
bizimyol.info

1Mənbələr