AZ

“Güclü Sekidikanı göstərmək istəyirəm”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Sabah” Premyer Liqanın IX turunda “Araz-Naxçıvan”la heç-heçə edib – 2:2.

“Bayquşlar”ın futbolçusu Cesse Sekidika “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Oyunun sonlarında qol buraxmaq məyusedicidir. Lakin futbolda belə hallar olur. Amma ümumi götürəndə yaxşı oynadıq, imkanlar yaratdıq. Səhvlərimizdən dərs çıxaracağıq və növbəti oyunda daha güclü olacağıq”.

Nigeriyalı hücumçu komandanın son turlardakı uğurlu çıxışına toxundu:

“Məncə, hər şey inam və davamlılıqdan asılıdır. Məşqlərdə çox çalışırıq. Komandanın kimyası getdikcə daha güclənir. Hər birimiz meydanda bir-birimiz üçün döyüşürük”.

Zədədən yeni qayıdan Sekidika son durumundan söz açdı:

“Fiziki baxımdan özümü daha yaxşı hiss edirəm. Tam ritmə qayıtmaq həmişə vaxt aparır. Lakin inanıram ki, proses uzun olmayacaq. Əlavə məşqlər də edirəm ki, tez formaya düşüm. Oyun praktikam artdıqca daha yaxşı olacağam. Bütün diqqətim daha yüksək səviyyədə oynamağa yönəlib. Güclü Sekidikanı göstərmək istəyirəm”.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
futbolpress.az

1Mənbələr