AZ

Doqquz turda 4 hakim 7 futbolçunu meydandan qovub - STATİSTİKA

Misli Premyer Liqasında 9 tur geridə qalıb. Keçirilən 53 oyunda ("Sabah" - "Qarabağ" görüşü təxirə salınıb) 14 baş hakim iş başında olub. 

Fanat.Az-ın hesablamasına görə, son turda Əliyar Ağayev, Kamal Umudlu, Rauf Cabarov, Rəşad Əhmədov, Tural Qurbanov və Elvin Bayramov iş başında olublar.

Beləliklə, Əliyar Ağayev idarə etdiyi oyun sayına görə şəriksiz liderliyə yiyələnib. FİFA referisi 9 turda 6 matçda baş hakim olub. 
Elçin Məsiyev, Kamal Umudlu, Fərid Hacıyev və Cavid Cəlilovun hesabında 5 oyun var. Doqquz turda yalnız Nicat İsmayıllı hamıdan az - cəmi 1 dəfə iş başında olub.

Doqquzuncu turda hakimlər cəmi 20 sarı və 1 qırmızı vərəqədən istifadə ediblər. "Kəpəz" - "İmişli" matçını idarə edən FİFA referisi Kamal Umudlu meydan sahiblərinin oyunçusu Məmməd Hüseynovu qırmızı vərəqə ilə meydandan qovub. Hakimlər 21 vərəqədən 10-nu meydan sahiblərinin, 11-ni qonaq komandanın oyunçularına göstəriblər.

Beləliklə, 9 turun yekununda bu rəqəmlər müvafiq olaraq "205" və "7" olub. Nəticədə ümumi vərəqə sayı 212-yə çatıb. Bu da hər oyuna orta hesabla 4 vərəqə deməkdir. 

FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 28 vərəqədən istifadə edib ki, bunun 3-nün rəngi qırmızı olub. Onu hərəyə 23 vərəqə ilə digər FİFA referiləri Elçin Məsiyev ilə Kamal Umudlu təqib edir. Sadəcə, Umudlu 9 turda 2 futbolçunu meydandan qovub. Ümumiyyətlə, 9 turda 4 hakim (Əliyar Ağayev - 3, Kamal Umudlu - 2, Rauf Cabarov - 1, Tural Qurbanov - 1) 7 futbolçunu meydandan qovub.

Əliyar Ağayev - 6 oyun

meydan sahibi    11 sarı 3 qırmızı 
qonaqlar             14        0
cəmi:                   25       3

Kamal Umudlu - 5 oyun

meydan sahibi    11    2
qonaqlar    10    0
cəmi:    21    2

Elçin Məsiyev - 5 oyun

meydan sahibi    11    0
qonaqlar             12    0
cəmi:                   23   0

Fərid Hacıyev - 5 oyun

meydan sahibi   14   0 
qonaqlar             5    0
cəmi:                  19  0

Cavid Cəlilov - 5 oyun

meydan sahibi    6      0
qonaqlar             11    0
cəmi:                   17    0

İnqilab Məmmədov -  4 oyun

meydan sahibi  6   0
qonaqlar    11    0
cəmi:    17    0

Rəvan Həmzəzadə - 4 oyun

meydan sahibi    7    0
qonaqlar    5    0
cəmi:    12    0

Rəşad Əhmədov - 4 oyun

meydan sahibi    7    0
qonaqlar    14    0
cəmi:   21    0

Tural Qurbanov - 4 oyun

meydan sahibi  5    1
qonaqlar    8    0
cəmi:    13    1

Rauf Cabarov -  4 oyun

meydan sahibi    4    0
qonaqlar    5   1
cəmi    6    1

Əli Əliyev - 2 oyun

meydan sahibi  3    0
qonaqlar    5    0
cəmi:   8    0

Kamranbəy Rəhimov - 2 oyun

meydan sahibi  4    0
qonaqlar    4    0
cəmi:    8    0

Elvin Bayramov - 1 oyun

meydan sahibi  6    0
qonaqlar    1    0
cəmi:    7    0

Nicat İsmayıllı - 1 oyun

meydan sahibi  2    0
qonaqlar    3    0
cəmi:    5    0

Mirağa

Seçilən
11
fanat.az

1Mənbələr