ain.az bildirir, Oxu.az portalına istinadən.
Fransada Luvr muzeyində oğurluqda şübhəli bilinən şəxslərdən birinin şəxsiyyəti DNT vasitəsilə müəyyənləşdirilib və o saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə istintaqa yaxın mənbələrə istinadən BFMTV telekanalı məlumat yayıb.
Hüquq-mühafizə orqanları ümumilikdə iki şübhəli şəxsi saxlayıblar. Onlardan biri "Şarl de Qoll" hava limanında tutulub. O, Əlcəzairə uçmağa cəhd edib. İkinci şəxs Paris regionunda saxlanılıb. O, Maliyə qaçmaq istəyib. Hər ikisinin təxminən 30 yaşı var.
Məlumata görə, ehtimal olunan oğrunun müəyyənləşdirilməsində həlledici rolu cinayət yerində tapılan DNT materialı oynayıb.
Xatırladaq ki, Luvr muzeyində oğurluq 19 oktyabrda baş verib. Oğrular muzeydən Napoleon və imperatriça Jozefinanın cəvahirat kolleksiyasından doqquz bəzək əşyasını - fransız kraliçaları və imperatriçalarının sırğalarını, boyunbağılarını, taclarını və sancaqlarını aparıblar. İmperatriça Evgeniya de Montixonun oğurlanan tacını tapmaq və Luvra qaytarmaq mümkün olub. Dəymiş ziyan 88 milyon avro təşkil edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.