
Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, Starmerin səfəri zamanı Türkiyə və Böyük Britaniya “Eurofighter” qırıcı təyyarələri ilə bağlı müqavilə imzalamağı planlaşdırır.
Qeyd olunub ki, Türkiyənin planlaşdırdığı “Eurofighter” qırıcı təyyarələrinin alınması artıq son mərhələsinə çatıb. Almaniyanın satış üçün icazə verməsindən sonra proses sürətlənib və bütün diqqətlər Böyük Britaniya Baş naziri Starmerin Ankaraya səfərinə yönəlib.
Daşqın HəsənovMissiya.Az