Məhkəmə tərəfindən təsdiqlənən ittihama əsasən, Əkrəm İmamoğlunun rəhbərliyində fəaliyyət göstərmiş cinayət şəbəkəsi"prezidentliyə namizədlik üçün vəsait toplamaq məqsədilə" beynəlxalq dəstək toplamağa çalışıb, bu çərçivədə casusluq hərəkətləri də həyata keçirib.Şəbəkə bir sıra xarici ölkə kəşfiyyatı ilə əlaqə saxlayaraq onlara məxfi məlumatlar ötürüb.
![]() |
| İmamoğlu casusluqda təqsirləndirilir |
Xatırladaq ki, oktyabrın 24-də Türkiyənin İstanbul Baş Prokurorluğu Əkrəm İmamoğlu və daha bir neçə şəxs barəsində casusluq ittihamı ilə istintaqa başlayıb. İttihama görə, Əkrəm İmamoğlu, Nəcati Özqan və Mərdan Yanardağ"xarici ölkələrin lehinə casusluq fəaliyyətində, varlanmaq məqsədilə cinayət təşkilatı qurmaqda"təqsirləndirilirlər
Firudin Həmidli
AzVision.az
