Abşeronda avtomobil 12 yaşlı qızı vuraraq öldürüb.
Avtosfer.az xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.
Sadıq Şəmsəddin oğlu Sadıqov idarə etdiyi "Chevrolet Cobalt" minik avtomobili ilə piyada 2013-cü il təvəllüdlü Əzizə Seymur qızı Məmmədlini vurub. Hadisə nəticəsində sonuncu hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.