AZ

® FMG ağacəkmə aksiyasında iştirak edib

FMG şirkəti ətraf mühitin mühafizəsinə və davamlı inkişafın təşviqinə yönəlmiş müxtəlif sosial layihələr həyata keçirir. Bu dəfə Facility Management Group şirkətinin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağacəkmə aksiyası təşkil olunub.

“Evimizi qoruyaq” devizi altında keçirilən aksiya çərçivəsində Müşviqabad qəsəbəsində xüsusi ayrılmış ərazidə Abşeron yarımadasının iqlim şəraitinə uyğun 200 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

Aksiyanın əsas məqsədi yaşıllıqların bərpasına və artırılmasına töhfə vermək, eləcə də ekoloji məsuliyyətin gücləndirilməsinə dəstək olmaqdır.

Qeyd edək ki, əmlakın idarəolunması sahəsində geniş portfelə malik FMG şirkəti səkkiz ildir ki, əmlak bazarında fəaliyyət göstərir. Şirkət ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri, həmçinin müxtəlif təyinatlı daşınmaz əmlak obyektlərinin idarə edilməsini həyata keçirən ölkənin aparıcı şirkətlərindən biridir.

Seçilən
35
1
azertag.az

2Mənbələr