
ABŞ Kənd Təsərrüfatı Nazirliyi ölkə daxilində 40 milyondan çox insana fayda verən ərzaq yardımının noyabrdan etibarən dayandırılacağını açıqlayıb.
Missiya.Az xəbər verir ki, nazirlik qərara səbəb kimi resursların tükəndiyini bildirib.
Əlavə Qidalanma Yardım Proqramı (SNAP) orta hesabla dörd nəfərlik ailəyə ayda 715 dollar dəstək verir. Proqramdan əhalinin təxminən səkkizdə biri yararlanır.
Trump administrasiyası ehtiyat fondundan vəsait istifadəsini rədd edib, demokrat konqres üzvləri isə qərarı sərt tənqid edib.
Bəzi ştatlar yaranan çatışmazlığı ödəmək üçün öz resurslarından istifadə edəcək. ABŞ hökumətinin bağlanması isə artıq 26-cı günə daxil olub və ölkə tarixində ikinci ən uzun müddətə davam edir.
Seyranə QuliyevaMissiya.Az