AZ

ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb

ABŞ hərbi helikopteri və qırıcı təyyarəsi Cənubi Çin dənizinə düşüb. Göyərtədəki beş ekipaj üzvünün hamısı sağ xilas edilib.

Sitat.info xəbər verir ki, ABŞ Sakit Okean Donanmasının açıqlamasına görə, "adi missiya" çərçivəsində nüvə enerjisi ilə işləyən USS Nimitz təyyarədaşıyan gəmisindən havaya qalxan MH-60R Sea Hawk helikopteri və F/A-18 Super Hornet qırıcı təyyarəsi dünən təxminən yarım saat fərqlə Cənubi Çin dənizinə düşüb.

Yerli vaxtla saat 14:45 ilə 15:15 arasında baş verən qəzalardan sonra, ejeksiyon oturacaqlarından istifadə edərək təyyarədən atılan iki pilotun və helikopterin üç ekipaj üzvünün dənizdən xilas edildiyi açıqlanıb.

Xilas edilən personalın sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir və qəzaların səbəbini müəyyən etmək üçün ətraflı araşdırma başlanılıb.

Sitat.info 

Seçilən
38
sitat.info

1Mənbələr