AZ

Cari ildə sığorta ödənişlərində 23 faiz artım olub

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

2025-ci ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin maliyyə göstəriciləri açıqlanıb.

Oxu.Az Mərkəzi Bankın açıqladığı statistikaya istinadən xəbər verir ki, 16 sığorta şirkəti bu ilin ilk 9 ayında ümumilikdə 1 milyard 157 milyon 254 min manat sığorta haqqı yığıb, 683 milyon 896 min manat isə ödəniş edib.

Qeyd edək ki, 2024-cü ilin eyni dövründə müvafiq göstəricilər 1 milyard 23 milyon 707 min manat və 553 miyon 746 min olub. Bu isə o deməkdir ki, 2025-ci ilin ilk 9 ayında sığorta haqlarında təxminən 13% artım, sığorta ödənişlərində isə təxminən 23% artım müşahidə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
oxu.az

2Mənbələr