24 oktyabr 2025-ci ildə saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun konfrans zalındaAzərbaycanın tarixində xarici ölkədə ilk rəsmi təhsil ocağı olanHüseyn Cavid adına məktəbin açılışına həsr olunmuştədbir keçirilib. Məktəbin açılışına həsr edilmiş tədbir dramaturq, yazıçı, türkçülüyün şəhidi, böyük şəxsiyyətH.Cavidin doğum gününə təsadüf edib. Tədbirdə respublikanıntanınmış elm adamları, ziyalılar, Cavidsevərlər, İstanbulda fəaliyyət göstərən H.Cavid adına Azərbaycan Millətlərarası məktəbinbirneçənəfər şagirdi iştirak edirdilər. İstanbulda yeni açılan, ölkəmizin tarixində xarici ölkədə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərindəilk rəsmi təhsilocağı olan Hüseyn Cavid adına Millətlərarası Azərbaycan məktəbininaçılışına həsr olunmuştanıtım tədbirini Azərbaycan Milli Elmlər AkademiyasınınMəhəmməd Füzuli adına Əlyazmalar İnstitutununBeynəlxalqəlaqələr şöbəsinin müdiriNigar xanım Babaxanova açaraq, bu möhtəşəm hadisə üçün hər kəsi təbrik edib və sözüməktəbinqurucusu və direktoru Şərqiyyə Məmmədovaya verdi. Şərqiyyə Məmmədova illər öncə mənfur qonşularımızın işğalçılıq siyasətinin nəticəsi olaraq blokada şəraitində işsizlikdən, elektrik enerjisininyoxluğu vəs. səbəblərdən əziyyət çəkən Naxçıvan Muxtar Respublikası vətəndaşlarının qardaş Türkiyə Cumhuriyyətinin müxtəlifbölgələrində, o cümlədənİstanbulşəhərindəməskunlaşması, qanuniyaşamaq haqqına sahib ola bilməmələri səbəbi ilətəhsildən kənarda qalmalarından danışmışdır.Həm də bu mühacirətin uzun sürməsi, yeni yaranan ailələrdən dünyaya gələnuşaqların danə Azərbaycanvətəndaşı, nə də Türkiyə vətəndaşı olmamaları, ümumiyyətlə, həyatda mövcud olduqlarını sübut edən heç bir sənədləri olmaması səbəbi iləməktəb yaşları çatdığızaman məktəbə gedə bilməmələrindən, təhsildən kənarda qalmaları nəticəsində hərbi xidmətə gedən 18 yaşına çatmış oğlanların adını yazıb imzasını çəkə bilməməsindən danışdı. Şərqiyyə xanım qeyd etdi ki,"MənAzərbaycanda "Maarifçi Qadınlar " İB-ninsədri, 40 ildən artıq pedaqoji təcrübəyə malikXIX-XX əsrin maarifçilərinin davamçısıolaraq ölkəmizin gələcəyi, təməl qurucuları olacaqbu övladlarımızın kütləvi savadsızlığına biganə qala bilmədim, böyük çətinliklərlə qatlaşaraq bu məktəbi qurdum. İstanbulda yaşayan, Azərbaycanda ali məktəbi bitirmiş peşəkar müəllimləri bir araya gətirdim. Əlbəttə ki, dildə çox asanca səslənən bu "məktəb qurmaq" məsələsiçox məşəqqətli, enişli-yoxuşluyollardan keçdi. Düşünürdüm ki, bir gün gələcək dövlətimiz bu uşaqlara şəxsiyyət vəsiqəsi də verəcək, Azərbaycan vətəndaşı pasportunu da asanlıqla verəcək, ancaq 15, 18 yaşına çatan uşaqlarməktəbə gedib parta arxasında otura, təhsil ala bilməyəcək. Heç bir sənədi olmayan uşaqları bir araya gətirdim, fədakarmüəllimlərimizin sayəsində5000 minə yaxın məktəbyaşlı azərbaycanlı balasını oxudub gözlərinə işıq verdik. Onlardan 4 mindən artıqməktəblimiz vətənə gəlib təhsillərinədavam etdilər. Ali məktəbdə oxuyanlarımız var. Hal-hazırdaməktəbimizdə 500 şagird təhsil alır. Kitablar, tədris ləvazimatları mövzusunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin2014-cü ildən üzü bəribütün təhsil nazirivəzifəsini icra edənnazirləri,təhsil Azərbaycantədris proqramları əsasında olduğu üçün,lazım olan bütün tədrisləvazimatlarınıməktəbimizəveriblər. Məktəb jurnalları, şəxsi işlər də daxil olmaqla. Həmin kitablar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə 9 -10 ildir "AzərbaycanHava Yolları" şirkəti tərəfindənödənişsiz olaraq İstanbula çatdırılır. Azərbaycana gələn hər bir məktəbli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2014-cü il06 noyabr tarixli"Uşaqların (şagirdlərin) umumtəhsil müəssisələrinə qəbulu və yerləşdirilməsi Qaydaları"nın4.4.3 və 4.4.3.1 1-ci və 11-cisinifdə oxuduğu iddia edilən şagirdin müvafiqtəhsil sənədini təqdim etməsə belə, oxuduğu sinifi bitirdiyi səviyyədə biliyimüvafiqkomissiya vasitəsi ilə yoxlanılır vəməktəbin müvafiq sinfinə qəbul edilir. Bu ilə qədər mövcud qəraraəsasən İstanbuldan gələn şagirdlərimiz Bakı şəhərində bu mərhələnimüvəffəqiyyətlə keçərəkqaldıqları yerdəntəhsillərinə davam edirlər. Ancaq Naxçıvanın Təhsil naziriElxan Nəcəfov təhsil naziriolduqdan sonra ailələrinin, uşaqlarınqara günləri başladı. Biz şagirdləri Bakıyagətirir, burada"Təhsil haqqında" Qanunu bilən, Bakıdavə Abşeron rayonunda, ümümiyyətlə,Azərbaycanınbütün rayonlarının təhsil şöbələrində çalışan təcrübəli, öz işinimükəmməl bilənmütəxəssislərin sayəsində hər bir məktəblitəhsilə cəlb edilmiş və edilməkdədir". Şərqiyyə xanım hal-hazırda zalda oturan 5 şagirdin də Elxan Nəcəfov tərəfindən təhsildən qovulub Bakı şəhərinə sürgün edilən şagirdlərin də çox əziyyət çəkdiklərini də vurğulayıb. Tədbirdə uzun illər Hüseyn Cavidin Ev Muzeyinin direktoruişləmiş filologiya rlmləri doktoruGülbəniz xanım Babaxanlı İstanbulda açılanHüseyn Cavid adına Millətlərarası Azərbaycan məktəbininin açılışına həsr olunmuş tədbirin çox gözəl birgünə, dahi şəxsiyyət, mütəfəkkirH.Cavidin doğum gününə təsadüf etdiyini, bu məktəbin fəaliyyətinisosial şəbəkələrdə uzun illərdir izlədiyini, məktəbin qurucusuŞ.Məmmədovanınheç bir zaman Azərbaycana gələn məktəbliləri unutmadığını, onları dəfələrləH.Cavidin Ev Muzeyinə gətirdiyini qeyd etdi, belə bir mühüm vəmüqəddəsişi ərsəyə gətirdiyi üçün Şərqiyyə xanıma təşəkkür etdi. Tədbirdə filologiya elmləri doktoru, Cavidşünas LütviyyəƏsgərzadə böyük şəxsiyyət, dahi mütəfəkkirH.Cavidin143-cü doğum ilində Türkiyəkiminəhəng bir dövlətdə açılan rəsmi bir təhsil ocağına bu dahi şəxsiyyətin adının verilərək əbədiləşdirilməsinin çox möhtəşəm və sevindirici xəbərolduğunu qeyd etdi, H.Cavidhaqqındamaraqlı xatirələrini bölüşdü. Filologiya elmləri doktoru, professor, uzun illər Şamaxı rəsədxananınmüdiri vəzifəsində çalışmış Əyyub Quliyev Nikolay Çernix tərəfindən 1978-ci ildə kəşf edilən,Marsla-Yupiter arasında hərəkət edən kataloqlarda 6262 nömrəsi ilə qeyd edilən və bu barədə Beynəlxalq konfranslarda vəsadətqaldırılmasından (Əyyub Quliyev və Klim Çyryumovtərəfindən) 1997-ci ildə Cavid kiçik planeti adının verilməsindən danışıb, İstanbulda açılan AzərbaycanməktəbinəHüseynCavidadının verilməsinə, bu adın Türkiyə Milli Eğitm Bakanlığının rəsmi saytındayer almasının müstəsna möhtəşəm bir hadisə olduğuna diqqət çəkib. Tədbirdəki ziyalılardan "Ədəbiyyat" qəzetinin redaktoru Şərvaz Hüseynoğlu çıxışı ilə diqqət çəkərək, Hüseyn Cavidə hesr etdiyi şeirlərindən parçalar səsləndirib,ürək sözlərini söyləyib. Azərbaycan Milli Elmlər Akademiyasının DilçilikİnstitutunundosentiElçin Muradxanlı H.Cavidə, onun yaradıcılığına olan maraq və sevgisindən danışıb,İstanbuldaH.Cavidin adını daşıyan bir məktəbin açılmasımünasibətilə təbriklər söyləyib. Bakıda 193 saylı məktəbin riyaziyyat müəllimi, illərdir kitabları, onlayn rejimindəşagirdlərimizinriyazi biliklərinin artırılmasına dəstək olan, Vətən ovladlarınıntəhsilli şəxslərkimi yeməsinə xidmət göstərən, məktəbicanlı olaraq ziyarət edən Elbrus Hüseynov ürək sözlərini söyləmiş, Hüseyn Cavid adına məktəbin şagirdlərini vəmüəllimlərini təbrik etmiş, bunun böyük bir hadisə olduğunu qeyd etmişdir. Tədbirdə Respublikanın tanınmış ziyalısı, dövlətçiliyimizinqurulmasında, möhkəmlənməsində xüsusi xidmətləri olmuş, görkəmli şairimiz Məmməd Arazın qardaşı oğlu Qorxmaz İbrahimli də məktəbin möhtəşəm bir hadisə olduğunu vurğulayıb,təbriklərini dilə gətirib. İstanbulda H.Cavid adına məktəbi rəsmi dövlət qeydiyyatından keçirməyə nail olmuş məktəbin təsisçisi və müdiri, filologiya elmləri doktoru Ş.Məmmədovanı təbrik edən tədqiqatçı alim Nazir Əhmədli onun fədakar və yorulmaz əməyindən, qarşısına çıxan çoxsaylı problemləri həll etməsindən danışdı. Qeyd etdi ki, Ş.Məmmədova indiyə qədər təhsildən kənarda qalan 4 mindən çox uşağı məktəbə cəlb etmiş, hazırda isə həmin məktəbdə 600 şagird təhsil alır. N.Əhmədli təhsilini davam etdirmək üçün vətənə qayıdanlara Naxçıvanın təhsil naziri Elxan Nəcəfovun göstərdiyi qəddar və Azərbaycan qanunlarına zidd münasibətini qınadı. Tədbirdə iştirak edən şagirdlərdən birinın anası Nəzakət TağıyevaNaxçıvanın TəhsilnaziriElxan Nəcəfovun Türkiyədən gələnuşaqlara qarşı etdiyihaqsızlıqdan, qanun pozuntularındantədbir iştirakçılarınadanışdı və bəzi nüanslara diqqətçəkdi. Hal - hazırda nazir Nəcəfovu məhkəməyə verdiklərini söylədi. AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Fidan Nəsirova çıxış edərək qeyd etdi ki, "Bu tədbirin məhz Ulu Cavid ruhunun məskənində, bu müqəddəs məkanda keçirilməsi zərurətdən doğan ilahi istiqamətləndirilmədir desək, yəqin ki, yanılmarıq. Qeyd edim ki, düşüncə, təfəkkür şəhidi Cavid Əfəndinin genetik kodunun davam etməməsi damarlarında türk qanı axan, uca ulusun etnik kimliyinə sahib hər bir azərbaycanlı üçünhəm də bir kədər, ağrı-acıya assosasiya olub həmişə. Lakin bu gün bu tədbir Ulu Cavidin adına, amal və əqidəsinə layiqelm, bilik, təhsil uğrunda edilən mücadilələr fonunda içimizdəki dərin yaraya bir məlhəm oldu sanki. Şərqiyyə xanımın timsalında Cavid əfəndinin mənəvi övladlarının varlığı dinən dərdlərimizi sakitləşdirdi sanki. Mən Türkiyə-Azərbaycan məktəbi, onun təlim-tədris sahəsindəki uğurları, qardaş ölkədə kiçikyaşlı həmyerlilərimiz üçün yaratdığı imkanlar və bu məbədinideya müəllifi, təsisçisi, qurucusu Şərqiyyə xanımın yorulmaz, fədakar və prinsipial fəaliyyəti haqqında hələ 2023-cü ildə anam Bakı Dövlət Universitetinin müəlliməsi Əsmətxanım Məmmədovadan eşitmişdim. O zaman Ümummilli Lider H.Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanın bir qrup tanınmış ictimai-siyasixadimləri, alim və ziyalıları H.Cavid adına Türkiyə-Azərbaycan məktəbinə səfər etmiş, bu tədris ocağının çoxşaxəli fəaliyyəti, Azərbaycanın tanınması adına dar imkanlar çərçivəsində gördüyü titanik miqyaslı işlərlə yaxından tanış olmuşdular. Bu gün mən anamın sevinc və qürurla danışdığı bol təəssüratların bir daha canlı şahidi oldum. İçindəki Vətən sevgisinə, iradə əzminə görə Şərqiyyə xanıma təşəkkür borcumuz var. Digər tərəfdən, məktəb tərəfindən təqdim olunan sənədlərin qanuniliyinin şübhə altına alınması, tanınmamasıməndə bir vətəndaş kimi təəssüf hissi doğurur. Elmin, təhsilin yolunda yaşıl işıq yandırmaq cəmiyyətdəki statusundan asılı olmayaraq hər bir kəsin ən müqəddəs vicdani borcudur. Savadlanmaya heç vəchlə əngəl yaratmaq olmaz! Mən düşünürəm ki, elmə, təhsilə, biliyə, ziyaya yol açmaq, mövcud problemlərin həllinə dəstək üçün istək və tələblərin icmalından ibarət məktub tərtib olunmalı, ölkə ziyalıları bu məktubu imzalamalıdır. Biliyin, elmin təbliği–Cavid əqidəsinin təbliği, Cavid missiyasının davamıdır!"

