AZ

Gürcüstan İrəvanda görüşdən imtina edib

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan parlamentinin Avrointeqrasiya üzrə komitəsinin sədri Levan Maxaşvili bununlla bağlı Avronestin rəhbərliyinə açıq maktub ünvanlayıb. Maxalaşvili rəsmi Tbilisinin bu qərarını Avropa Parlamentinin (AP) bəzi üzvlərinin düşmənçilik ritorikasının və onların Tbilisidəki etiraz aksiyalarına qoşulmasının qarşılıqlı hörmət prinsiplərinə zidd olması və parlament diplomatiyasının hüdudlarından kənara çıxması ilə əsaslandırıb. Məktubda AP-nin Avronest Assambleyasındakı nümayəndə heyətinin bəzi üzvlərinin “Gürcüstanda vətəndaş iğtişaşlarını, radikallaşmanı və zorakılığı təşviq edən” bəyanatlar verdikləri bildirilir. - Bu şəxslərə meydan verməklə Avronest anti-demokratik davranışı təşviq edir və zorakı və ya radikal siyasi gündəmlərə haqq qazandırır”, - məktubda vurğulanır. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
azvision.az

1Mənbələr