AZ

Litva NATO Nizamnaməsinin 4 cü maddəsini aktivləşdirə bilər

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Litva Belarus ərazisindən gələn hava şarlarına görə NATO-ya müraciət edərək 4-cü maddə üzrə məsləhətləşmələrin aparılmasını xahiş edə bilər.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Litvanın Baş naziri İnqa Ruqinene bildirib.

O əlavə edib ki, Litva Belarusla sərhədi tamamilə bağlayır və öz səmasındakı bütün hava şarlarını vuracaq. Sərhədi yalnız diplomatlar və Belarusu tərk edən Avropa İttifaqı vətəndaşları keçə biləcəklər.

NATO Nizamnaməsinin 4-cü maddəsi alyans üzvlərindən hər hansı birinin ərazisi, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olduqda, üzv dövlətlərin bir-biri ilə məsləhətləşmələr aparmasını tələb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
azpolitika.info

2Mənbələr