"Fənərbağça" basketbol klubunun kapitanı Melih Mahmutoğlu sərxoş halda avtomobil idarə etdiyi üçün sürücülük vəsiqəsi əlindən alınıb.

Offsideplus.az "Türkinform"a istinadən xəbər verir ki, yoxlanış zamanı həddindən artıq alkoqol qəbul etdiyi məlum olan basketbolçuya inzibati cərimə də kəsilib.

Məsələ ilə bağlı klubdan hələ ki, rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Mahmutoğlu 2013-cü ildən etibarən “Fənərbağça”da çıxış edir.