Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa İttifaqının (Aİ) Ukraynanın hərbi sahəsini Rusiyanın dondurulmuş aktivlərindən maliyyələşdirilməsi məsələsinə aidiyyəti yoxdur.
Oxu.Az Ağ Evin "YouTube" saytına istinadla xəbər verir ki, Birləşmiş Ştatlar lideri bunu Kuala-Lumpurdan Tokioya uçarkən təyyarədə jurnalistlərlə söhbətində bəyan edib.
O, jurnalistin "Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi üçün istifadə etməlidirmi?" sualını cavablandırarkən deyib: "Bunu siz Aİ-dən soruşmalısınız. Mənim buna aidiyyətim yoxdur. Bu, Aİ-nin işidir".
Aİ ölkələrinin oktyabrın 23-də Brüsseldə keçirilən sammitinin iştirakçıları Rusiya aktivlərindən istifadə edilməsi məsələsi ilə bağlı razılığa gələ bilməyiblər. Elə həmin gün Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Aİ Rusiya aktivləri ilə bağlı hər hansı bir müsadirə təşəbbüsünə ağrılı cavab veriləcəyinə əmin ola bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        