AZ

Daha bir bahalı Li avtomobili hərəkət zamanı alışıb yandı VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şanxayda “LiXiang Mega” elektromobili hərəkət zamanı alışıb. 

Avtosfer.az xəbər verir ki, yanğının videosu qısa bir müddət ərzində internetdə yayılıb. Miniven şəhərdə hərəkət edərkən qəflətən altından qığılcım çıxır və litium-ion batareya alışır. 

Xoşbəxtlikdən hadisə zamanı sürət aşağı olub və yanğın anında qapılar avtomatik rejimdə açılıb. Bu səbəbdən sürücü yanan nəqliyyat vasitəsini asanlıqla  tərk edə bilib. İlkin məlumata görə nəqliyyat vasitəsinə heç bir kənar təsir olmayıb. 

Polis və “Li Auto” məsələni araşdırır.

Vüqar Yaşaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
avtosfer.az

1Mənbələr