ain.az bildirir, Bizimyol portalına istinadən.
“Artıq “Həmas”ın İsrailə hücumundan iki il keçir. Misirdə Qahirə şəhərində “Həmas”ın nümayəndələri, İsrailin ABŞ və Qətər nümayəndələri bir yerə yığışaraq, müvafiq qətnamə ətrafında müzakirələr aparırlar. “Həmas” elan edib ki, girovları azad etməyi qəbul edib. Höküməti qeyri-nizami bir heyətə təhvil verilməsini qəbul edir. Amma qətnamədə qalan digər 20 maddə üzərində danışmaq, müzakirələr aparmaq lazımdır. ABŞ hesab edir ki, “Həmas” şərtlərin hamısını qəbul edib”.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, keçən 20 il ərzində hər zaman “Həmas” elə düşüncə yaradıb ki, sanki sülh olacaq, amma bir müddətdən sonra ya İsrail, ya da “Həmas” bu qərardan vaz keçib.
Maşallah Rəzmi
“Qərarda da Donald Tramp Netanyahuya tövsiyyə edib ki, bombardmanlar dayansın. Görünən odur ki, hər gün 50-60 bombardman olur”-deyən şərhçi bildirib ki, indi ayrı bir şərait yaranıb.
Maşallah Rəzmi qeyd edib ki, sentyabr ayında BMT-nin iclaslarında Rəcəb Tayyib Ərdoğanla, Qətərin əmiri, Ərəbistan şahzadəsi, Pakistan nümayəndələri və İndoneziya rəhbərləri ilə görüşlər keçirilib.
Maşallah Rəzminin mövzu ilə bağlı şərhini Bizimyol.info xəbər portalının YouTube səhifəsində izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.