AZ

İBB nin sabiq sədrinin “siyasi casusluq” ittihamı ilə həbsinə qərar verilib

ain.az bildirir, Azertag portalına istinadən.

İstanbul, 27 oktyabr, Günel Karatepe, AZƏRTAC

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun “siyasi casusluq” ittihamı ilə həbs edilməsinə dair qərar qəbul olunub.

AZƏRTAC xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan korrupsiya istintaqı çərçivəsində həbs olunanlar arasında Əkrəm İmamoğlunun seçki kampaniyalarını idarə edən şəxslərdən biri olan Necati Özkan və jurnalist-yazıçı Merdan Yanardağ da var.

Məhkəmə qərarında Əkrəm İmamoğlunun rəhbəri olduğu iddia edilən, mənfəət məqsədi daşıyan cinayətkar təşkilatın həm prezidentliyə namizədlik üçün maliyyə vəsaiti toplamaq məqsədilə korrupsiya əməliyyatları etdiyi, həm də beynəlxalq dəstək qazanmaq üçün cəsusluq fəaliyyətləri göstərdiyi bildirilir.

Qərarda qeyd olunur ki, şübhəlilər Özkan və İmamoğlu, əsasən İBB-yə məxsus korporativ hesablar olmaqla, çoxsaylı seçicilərin sosial media hesablarına və daxili yazışmalarına müdaxilə edərək 2019-cu il seçkilərində üstünlük qazanmağa çalışıblar. Onların hərbi və siyasi cəsusluq cinayətində ittiham olunan təşkilat rəhbəri Hüseyin Gün ilə birlikdə hərəkət etdikləri, xüsusilə İmamoğlunun göstərişi ilə Özkanın bir çox bələdiyyəyə məxsus məlumatları “Ostin” adlı onlayn platformaya ötürdüyü, Gün vasitəsilə xarici kəşfiyyat xidmətlərinin dəstəyi ilə bu məlumatlar üzərində analiz və hesabatlar hazırladıqları vurğulanıb. Bu faktlar “peşmanlıq” ifadəsi verən Günün sözləri ilə də təsdiqlənib.

Əkrəm İmamoğlu, Nəcati Özkan, Mərdan Yanardağ və Melih Geçək barəsində “cəsusluq” ittihamı ilə başlanan istintaq davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
33
azertag.az

10Mənbələr