Böyük Britaniyanın baş naziri Key Starmerin Ankaraya səfərindən sonra Türkiyə və Böyük Britaniya Eurofighter qırıcı təyyarələri ilə bağlı müqavilə imzalamağı planlaşdırır.
"Unikal" xəbər verir ki, Starmer oktyabrın 27-də Ankaraya səfər edəcək.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. Bildirilir ki, danışıqların yekununda Türkiyəyə 40 yeni nəsil Eurofighter təyyarəsinin satışı da daxil olmaqla ikitərəfli sənədlərin imzalanması gözlənilir.