Abşeron rayonunun Şəfəq qəsəbəsində bədbəxt hadisə baş verib.
İlkin məlumatlara görə, 2004-cü il təvəllüdlü qəsəbə sakini Əbilova Kəmalə Tarıyel qızı yaşadığı çoxmərtəbəli binadakı mənzilinin eyvanından yıxılaraq həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Hadisənin dəqiq başvermə səbəbləri araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.