AZ

Litva Belarusla sərhədi tam bağlamağı planlaşdırır

BAKI, 27 oktyabr. TELEQRAF

Litva hökuməti Belarusla dövlət sərhədinin tam bağlanmasını nəzərdə tutan plan hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Litva Baş naziri İnqa Ruqinene jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sənədin oktyabrın 29-da qəbul ediləcəyi gözlənilir.

"Sərhədin bağlanması ilə bağlı hərəkət planı artıq hazırlanıb və milli təhlükəsizlik üzrə hökumət komissiyasında müzakirə olunub. Çərşənbə günü Nazirlər Kabinetinin iclası keçiriləcək və həmin iclasda planın qüvvəyə minməsi barədə qərar qəbul oluna bilər".

Baş nazir qeyd edib ki, Belarusdan Litva ərazisinə meteoroloji zondlar vasitəsilə siqaret qaçaqmalçılığının artması və Minsk hökumətinin buna qarşı tədbir görməkdən imtina etməsi sərhədin bağlanmasını zəruri edir.

O, əlavə edib ki, məhdudiyyətlər Avropa İttifaqı ölkələrinin vətəndaşlarına və diplomatlara şamil olunmayacaq.

Seçilən
50
teleqraf.com

1Mənbələr