ain.az, Azvision portalına istinadən məlumat yayır.
AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “Bild” nəşrinin məlumatına görə, Almaniya tərəfindən danışıqların aparılmasına ölkənin İqtisadiyyat nazirliyi cavabdehdir. Sanksiyaların üç neft emalı zavodu üçün dərhal nəticələri ola bilər: Şvedtdəki “RSK”, Karlsruedəki “Miro” və Foburqdakı “Bayernoil” müəssisələri. Almaniya hakimiyyəti ən çox Berlinə və ölkənin şimal-şərq bölgələrinə neft məhsulları tədarük edən Şvedtdəki (Brandenburq torpağı) neftayırma zavoduna qarşı potensial tədbirlərdən narahatdır. Bu zavod konkret olaraq Berlin-Brandenburq Beynəlxalq Hava limanını (BER) kerosinlə təmin edir. “Almaniya hökuməti bu yaxınlarda Britaniya sanksiyalarının tətbiqi zamanı nail olduğu kimi, Şvedt üçün də istisna variantını təmin etməyə çalışır. Almaniyanın şərqində və BER hava limanında bir çox yanacaqdoldurma məntəqələri yanacaq tədarükü üçün Şvedtdən asılı olduğundan bu, təcili şəkildə lazımdır”, - Xristian-Demokratlar İttifaqının Brandenburq torpağındakı şöbəsinin sədri Yan Redman “Bild” nəşrinə deyib. Onun sözlərinə görə, sözügedən neft emalı zavodu regionun “bütün şimal-şərqinin sənaye ürəyi”dir. Bu müəssisənin bağlanması bütün Brandenburq üçün iqtisadi fəlakət demək olardı. Zavod işçilərinin şurası nəşrə bildirib ki, ABŞ hakimiyyəti Almaniya hökumətinin xahişinə cavab verməsə, müəssisə fəaliyyətini dayandırmalı olacaq. Sentyabrın 8-də Almaniyanın İqtisadiyyat nazirliyi ölkə hökumətinin “Rosneft”in alman aktivlərinin (Rosneft Deutschland GmbH və RN Refining & Marketing GmbH) kənardan idarə olunması müddətini 2026-cı il martın 10-dək uzaddığını elan edib. Nazirlik bu addımı Enerji Təhlükəsizliyi Qanununa istinad etməklə əsaslandırıb. Qurum bildirib ki, Almaniyanın Federal Şəbəkə Agentliyi beləliklə də, “Rosneft Deutschland” şirkətinin və onun üç neft emalı zavodunda müvafiq paylarına nəzarəti özündə saxlayır. Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        