AZ

Lidersiz qalan Demokratlara dəstək üçün Barak Obama siyasətə qayıdır

Keçmiş prezident partiyanı birləşdirmək və Tramp dövrünün təzyiqlərinə qarşı mübarizəni gücləndirmək niyyətindədir...

Poliqon xəbər verir ki, İsveçrənin “Neue Zürcher Zeitung” (NZZ) nəşrinin yazdığına görə, ABŞ-nin sabiq prezidenti Barak Obama uzun fasilədən sonra siyasi səhnəyə geri dönür. Məqsədi liderlik böhranı yaşayan Demokrat Partiyasına dəstək göstərmək və partiyanı yenidən ideoloji və təşkilati cəhətdən toparlamaqdır.

Nəşrin qeyd efir ki, 2024-cü il seçkilərində məğlubiyyətdən bir il keçməsinə baxmayaraq, Demokratlar hələ də özlərini toparlaya bilməyib. ABŞ-da siyasətin yüksək dərəcədə fərdiləşdiyi bir dövrdə Respublikaçılar Donald Trampın “qüdrətli rəhbərliyi” altında hərəkət edir, Demokratlar isə Vozef Baydenin sağlamlıq problemləri və Kamala Harrisin zəif siyasi imici səbəbindən istiqamətsiz görünürlər.

Bu səbəbdən partiya daxilində getdikcə daha çox səs Obamanın “birləşdirici sima kimi geri dönməsi” çağırışını səsləndirir. Son həftələrdə keçmiş prezidentin siyasi aktivliyinin artması da bu ehtimalı gücləndirir.

Obamanın bir neçə gün öncə verdiyi podkast müsahibəsi ABŞ ictimaiyyətində geniş rezonans doğurub. O, Demokratların “mənəvi üstünlük iddiası”nı tənqid edərək bildirib: “Əgər öz kor nöqtələrini və həyatın qeyri-kamilliyini qəbul etmirsənsənsanları daim ittiham edib öyrətmək olmaz”.

Obama Demokrat Partiyasının “ideoloji fundamentalizmə meyllənməsini” təhlükəli adlandırıb və partiyanı daha sadə, xalqla daha yaxın siyasət yürütməyə çağırıb.

Eyni zamanda, Obama Donald Tramp administrasiyasını kəskin tənqid edib, onu “demokratiyaya bilərəkdən zərbə vurmaqda” günahlandırıb. Sabiq prezident Tramp dövründə ordunun dinc amerikalılara qarşı yönəldilməsi faktını “demokratik dəyərlərə qarşı cinayət” adlandırıb.

Obama ölkəni “letargik vəziyyətdən oyanmağa” çağıraraq bildirib ki, universitetlər, hüquq firmaları və fondlar Trampın siyasi təzyiqinə qarşı daha fəal mövqe sərgiləməlidir.

Siyasi müşahidəçilərin fikrincə, Obamanın qayıdışı yalnız Demokratlar üçün deyil, həm də ABŞ siyasətinin ümumi balansı üçün mühüm dönüm nöqtəsi ola bilər. Onun çağırışı, ehtimal ki, partiya daxilində yeni nəsil liderlərin formalaşmasına da təkan verəcək.

Poliqon.info

Seçilən
82
poliqon.info

1Mənbələr