Audiovizual Şura tərəfindən həyata keçirilən monitorinqnəticəsində "MTV" televiziya kanalının efirində 22 oktyabr 2025-ciil tarixdə saat 20.31-21.24 arası yayımlanan "Toya gəlmişik"proqramının yayımı zamanı "Uşaqların zərərli informasiyadanqorunması haqqında" Qanunun 9.3-cü maddəsinin tələbinin pozulmasıfaktı aşkar olunmuşdur.
Belə ki, həmin proqramın yayımı zamanı bölgələrin birindəkeçirilmiş, qohumların (xalaqızı və xalaoğlunun) toy məclisinümayiş etdirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin12.0.2-1-ci maddəsinə əsasən qardaşların və (və ya) bacıların ümumibioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahınbağlanmasına yol verilmir. Bu isə "Uşaqların zərərli informasiyadanqorunması haqqında" Qanunun 4.2.4-cü maddəsinə əsasən ailəinstitutunu nüfuzdan salan informasiya olmaqla uşaqlar arasındadövriyyəsi qadağan edilən informasiyaya aiddir və yayımınaməhdudiyyət qoyulur.
Bir neçə gün əvvəl digər yayımçı tərəfindən bu qəbildən pozuntuhalı törədilmiş və Audiovizual Şuranın iclasında həmin yayımçıyaxəbərdarlıq olunmuşdu. Həmin yayımçıya xəbərdarlıq olunanda bütünyayımçılardan diqqətli olmaları və bu istiqamətdə monitorinqlərindavam edəcəyi bildirilmişdi.
Təəssüflə qeyd olunmalıdır, həmin haldan bir neçə gün sonra"MTV" kanalında yuxarıda qeyd olunan pozuntu halı baş vermişdir.Məsələnin ciddiliyini nəzərə alaraq və yayımçıların bu məsələyə birdaha diqqətini cəlb etmək məqsədilə 24 oktyabr 2025-ci il tarixində"MTV" kanalının aid olduğu "MUZ TV Azərbaycan" MMC-nin səlahiyyətlinümayəndəsi Audiovizual Şuraya dəvət edilmiş, pozuntu faktına görəinzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyəgöndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cümaddəsinə əsasən qeyd olunan pozuntuya görə hüquqi şəxslər üç minmanatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Audiovizual Şura bir daha bütün yayımçıları qanunvericiliyintələblərinə ciddi əməl etməyə, digər yayımçılara tətbiq olunmuşsanksiyaların səbəbi olmuş pozuntuların baş verməməsi üçünredaksiya nəzarətini gücləndirməyə çağırır.