AZ

BDU-da "Peşəkar gələcəyə doğru körpü” – ixtisaslaşmış Karyera Sərgisi keçiriləcək

29 oktyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) əsas tədris binasında “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera Sərgisi keçiriləcək.

QHT.az xəbər verir ki, tədbir BDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

Sərginin məqsədi tələbə və məzunları ölkənin informasiya texnologiyaları (İT), rəqəmsal marketinq, data, proqramlaşdırma və innovasiya sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərlə bir araya gətirmək, onların rəqəmsal əmək bazarına uğurlu keçidini təmin etməkdir. Tədbirdə ölkənin İT və texnologiya yönümlü şirkətləri, startaplar və innovasiya mərkəzləri iştirak edəcək. Sərgi gənclərə işəgötürənlərlə birbaşa ünsiyyət, vakansiyalar, təcrübə proqramları, təqaüdlər və könüllülük imkanları barədə məlumat almaq imkanı yaradacaq.

Seçilən
40
qht.az

1Mənbələr