AZ

BAŞLANDI! Mehdiyevin ƏSAS ADAMININ oğlu İŞDƏN ÇIXARILDI, parlamentdəki adamları İFŞA OLUNDU

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun ikinci oğlu da vəzifəsindən uzaqlaşdırılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Onun ədliyyə orqanlarında qulluq keçməsinə fəaliyyətində aşkar edilmiş nöqsanlarla əlaqədar xitam verilib.

Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 Mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etdiyi üçün tənqid olunmuşdu. Onun bu davranışı Şuranın adına xələl gətirdiyindən Səmədov Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini işləyən oğlu Kamran Səmədov da bir müddət əvvəl vəzifəsindən azad edilib. Saleh Səmədov özü isə beş ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib.

Azpolitika.az yazır ki, bu istiqamətdə parlamentdə də ciddi “təmizləmənin” aparılmasına ehtiyac var. Məlumdur ki, Ramiz Mehdiyev siyasi gücünün zirvəsində olduğu illərdə Milli Məclisə xüsusi diqqət göstərib. Seçki dairələri üzrə namizədlərin bir çoxunu öncədən şəxsən müəyyənləşdirib, parlamentin tərkibinə kifayət qədər öz adamını yerləşdirə bilib. “Mehdiyev şəbəkəsinin” üzvü olan deputatlar isə uzun illər boyu ölkədə qanunvericilik istiqamətində zəruri islahatların həyata keçirilməsinin qarşısını alıb, passiv müqavimətlə mütərəqqi qanunların qəbuluna imkan verməyiblər. Əksinə, qanunları mürtəceləşdirməsində, xalqı narazı salan dəyişikliklərin həyata keçirilməsində fəal iştirak ediblər.

Təəssüf ki, son parlament seçkisində də Milli Məclisi bu şəbəkənin üzvlərindən təmizləmək mümkün olmadı. Baxmayaraq ki, parlamentin buraxılmasının əsas səbəblərindən biri də bu idi... Məhz bu səbəbdən 2024-cü ilin iyununda Milli Məclisin buraxılması ideyası gündəmə gəldi və reallaşdırıldı. YAP-ın təşəbbüsü ilə hakim partiyanı parlamentdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər. Prezident müraciəti qəbul etdi, Konstitusiya Məhkəməsi bunu təsdiqlədi və 1 sentyabrda növbədənkənar seçkilər keçirildi.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

Seçilən
65
musavat.com

1Mənbələr