AZ

Paytaxtdan şəhərlərarası avtobus parkının 35%-i yenilənib

2023-2025-ci illər ərzində keçirilən müsabiqələr nəticəsində paytaxtdan regionlara fəaliyyət göstərən marşrut xətlərinə daha müasir və komfortlu avtobuslar cəlb olunub.

Yerüstü İnformasiya Agentliyindən Teleqraf-a verilən məlumata görə, 2023-cü ildə 190, 2024-cü ildə 254, 2025-ci ildə isə 380 marşrut reysi üzrə müsabiqələr təşkil edilib.

Ümumilikdə 115 yeni avtobus şəhərlərarası daşımalarda istifadəyə verilib, Bakıdan regionlara fəaliyyət göstərən avtobusların orta yaşı 18 ildən 12 ilə endirilib, reyslərin isə 96%-i “biletim.az” portalına qoşulub.

Seçilən
35
5
teleqraf.com

6Mənbələr